“Həmçinin, saxlandıqları müddətdə onlarla pis rəftar edilməsi iddialarını da pisləyirik”
ABŞ fəalların 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır. ABŞ Dövlət departamentinin sözçüsü Con Kirbi bu barədə bəyanat verib.
Bəyanatda deyilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan məhkəmələrinin geniş şəkildə siyasi motiv hesab olunan narkotik maddələrin saxlanılmasında ittiham olunmuş N!DA hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır:
“Biz, həmçinin, onlarla saxlanılan müddətdə pis rəftar edilməsi iddialarından da narahatıq. Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlandıqlarına görə həbs olunan Bayram Məmmədov, Qiyas İbrahimov və digər şəxsləri azad etməyə çağırırıq. Biz, həmçinin, Azərbaycan hökumətini dünən Ali Məhkəmə tərəfindən jurnalist Xədicə İsmayılovaya qarşı ölkədən çıxma qadağasına dair qərarını və onun barəsində yerdə qalan ittihamları aradan qaldırmağa çağırırıq”.