ABŞ DD

Mənbə: meydan tv

Başlıq: ABŞ DD

ABŞ: ''Fövqəladə ehtiyac duyulmayan'' hökumət işçiləri İraqı tərk etsin

Bağdad və Ərbil diplomatik missiyalarında normal viza xidmətləri müvəqqəti dayandırılacaq

ABŞ-ın Bağdaddakı səfirliyi qonşu İranla davam edən gərginlik dönəmində dövlət departamentinin "fövqəladə ehtiyac duyulmayan" bütün hökumət işçilərinə İraqı tərk etmələri üçün göstəriş verib, - Azadlıq Radiosu xəbər verir.

Səfirlik mayın 15-də verdiyi bəyanatda qeyd edir ki, sərəncam həm səfirlikdə, həm də İraqın kürd muxtar bölgəsinin paytaxtı Ərbil şəhərinin şimalında yerləşən ABŞ konsulluğunda çalışan işçilərə aid olub.

Bir il əvvəl Vaşinqton 2015-ci ildəki Tehran və dünya gücləri arasında imzalanmış nüvə razılaşmasından çəkildikdən sonra ABŞ və İran arasında gərginlik yaranıb. Bu gərginlik ABŞ-ın İrana sanksiyalar tətbiq etməyə başlamasından sonra daha da artıb.

Vaşinqton son günlərdə Tehrana təzyiqi artıraraq ABŞ-ın regionda hərbi mövcudluğunu daha da möhkəmləndirir. Hərbi hava qüvvələrini Fars Körfəzinə daşıyan ABŞ bu addımın onun və müttəfiqlərinin maraqlarına qarşı İrandan gözlənilən təhdidləri aradan qaldırmaq üçün vacib olduğunu vurğulayıb.

İran bu iddiaları rədd edib və qeyd edib ki, sanksiyaların aradan qaldırılması üçün nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərdən əl çəkib.

Mayın 14-də ABŞ dövlət katibi Mayk Pompeo (Mike Pompeo) və İranın ali lideri Ayətullah Əli Xameney ayrı-ayrı bəyanatlarda ölkələrinin müharibə axtarmadığını bildiriblər.

Onların hər ikisinin bəyanatlarından öncə Yəmənin İran tərəfdarı olan Huti üsyançıları Səudiyyə Ərəbistanına aid neft qurğularına hücum etmişdi. Səudiyyə Ərəbistanı ilə İran arasında qarşıdurma müşahidə edilir.

Saudi hökuməti tərədindən idarə edilən Səudiyyə Aramco deyib ki, yanğın bir nasos stansiyasına kiçik ziyan vurub. Amma bu hücum Səudiyyə neft ixracatına təsir etməyəcək.

Birləşmiş Ərəb Əmirliklərinin 13 may tarixində dörd neft tankerinə edilmiş sabotaj iddiaları hələ də aydın deyil.

Səudiyyə Ərəbistanı iki dəniz gəmisinə ciddi ziyan dəydiyini deyib.

İraqdakı ABŞ səfirliyi bildirib ki, Bağdad və Ərbil diplomatik missiyalarında normal viza xidmətləri müvəqqəti dayandırılacaq.

Münaqişədən təsirlənənlərə ölkədən kommersiya nəqliyyatı ilə mümkün qədər tez çıxmaları tövsiyə olunub.

Eyni zamanda Dövlət Departamenti ABŞ vətəndaşlarına səyahət məsləhəti verərək, "terrorizm, adam oğurluğu və silahlı qarşıdurma səbəbiylə İraqa getməyin" deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/62kx6j

Ən çox baxılan