ABŞ Ermənistan XİN rəhbərinin səfərini təxirə salıb

Vaşinqton Ermənistanın Suriyada Rusiya ilə əməkdaşlığının əleyhinədir

Source:
ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti


Vaşinqton Ermənistanın Suriyada Rusiya ilə əməkdaşlığının əleyhinədir

Rəsmi Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnasakyanın ABŞ-a planlaşdırılmış səfərini təxirə salıb.

Bu barədə Ermənistanın

“Qraparak”

qəzeti XİN-dəki mənbəyinə istinadən xəbər verib.

Xəbərdə deyilir ki, erməni tərəfi səfərin hazırlanması üzrə işləri uzun müddət aparıb.

Mənbənin məlumatına görə, səfərin alınmamasında əsas səbəb Ermənistanın Suriyaya humanitar missiya göndərmək planları olub.

“Bolton Paşinyanla telefon söhbətində Ermənistanın bu planı barədə soruşub və Ermənistan tərəfindən missiya göndərmək barədə təsdiq cavabı alıb. XİN xoşagəlməz hadisəni yumşaltmaq niyyətindədir və ABŞ Dövlət Katibi Mayk Pompeodan səfər üçün dəvət almaq istəyir. Amma hələlik bunlar nəticə vermir”.

Bundan başqa qəzet təxmin edir ki, Ermənistanın rəsmi nümayəndələrinin ABŞ-da erməni lobbisinə bununla bağlı müraciət edəcəyi də gözlənilir.

Ermənistan Müdafiə Nazirliyi fevralın 8-də Suriyaya 83 nəfərlik missiya göndərəcəyini elan edib. Missiyaya mina təmizləyən mütəxəssislər, həkimlər və mütəxəssislərin özlərinin təhlükəsizliyini qoruyacaq şəxslər daxildir.

ABŞ Dövlət Departamenti reaksiya verərək, Ermənistanın bu məsələdə Rusiya ilə əməkdaşlığının əleyhinə olduğunu bəyan edib.

“Biz Ermənistanın səbəbindən asılı olmayaraq Suriya hərbi qüvvələri ilə və o cümlədən missiyanın göndərilməsi üçün Rusiya ilə əməkdaşlığının əleyhinəyik. Rusiya dünyada Əsəd rejiminin müdafiəçisi kimi çıxış edir”,

Dövlət Departamenti

nin bəyanatında deyilib.

Buna baxmayaraq, Ermənistan tərəfi missiyanın göndərilməsinə görə ABŞ-la münasibətlərində problemlərin olacağını düşünmürdü. Belə ki, Dövlət Departamentinin bəyanatını şərh edən Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri

Ruben Rubinyan

demişdi ki, ABŞ rəsmi Yerevanın bu qərarının motivlərini başa düşür.

“Bu geosiyasi, hərbi missiya deyil. Bu sırf humanitar addımdır. Hesab edirəm ki, bizim tərəfdaşlar bunu anlayışla qəbul edəcəklər”, R.Rubinyan deyib.

Bununla belə

Ermənistan XİN

qəzetin xəbərini təkzib edib.

Nazirliyin sözçüsü Anna Naqdalyan səfərin təxirə salınmasının düzgün xəbər olmadığını deyib, amma bununla belə səfərin nə vaxt baş tutacağını da deməyib.

Ana səhifəXəbərlərABŞ Ermənistan XİN rəhbərinin səfərini təxirə salıb