ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

Səfər zamanı Azərbaycanda vətəndaş cəmiyyətinə və Qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq

Source:

Səfər zamanı Azərbaycanda vətəndaş cəmiyyətinə və Qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir. Bu barədə “Turan”-ın Vaşinqton müxbirinə məlumatlı diplomatik mənbələrdən xəbər verilib.

Məlumatda bildirilir ki, səfər zamanı həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və Qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.

Dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Bundan sonra ABŞ-da bəzi müşahidəçilər Obama administrasiyasını vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulmadığı halda Azərbaycanın rəsmi şəxslərinə qarşı sərt tədbirlər görməyə çağırıblar.

Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamırlar. Lakin səfər Azərbaycanda hökumət və hökumətyönlü mətbuatın ABŞ-ı Azərbaycanın imicinə zərər vurmaqda, mövcud hakimiyyəti dəyişməyə can atmaqda ittiham edən materialların dərci fonunda baş tutacaq.

Bundan əlavə, ABŞ dövlət katibi Con Kerri ermənipərəst xadim kimi təqdim olunur.

Dövlət Departamentinin nümayəndəsi Mari Xarf çərşənbə günü bu yazıları “tamamilə əsassız və ədalətsiz” adlandırıb.

Eyni zamanda o, həbsdə olan jurnalist Xədicə İsmayılın taleyindən narahatlığını bildirib, onun dərhal azad edilməsinə çağırıb. M.Xarf Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental hüquqlarna hörmətlə yanaşmağa, öz fikrini azad ifadə etmə imkanlarının təmin olunmasına çağırıb.

Ana səhifəXəbərlərABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir