ABŞ dövlət katibindən demokratiya mesajı

“Demokratik inkişaf sayəsində Azərbaycan lider dövlət rolunu özünə qaytara bilər”

Source:


“Demokratik inkişaf sayəsində Azərbaycan lider dövlət rolunu özünə qaytara bilər”

ABŞ dövlət katibi Con Kerri prezident İlham Əliyevə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə əlaqədar təbrik məktubu göndərib.

Məktubda ABŞ-ın enerji ehtiyatlarının inkişafına, Avropa və dünyanın enerji təchizatına töhfə vermək üçün səy göstərən və həmçinin güclü, müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli əməkdaşlıq etdiyi qeyd edilir.

Sonda dövlət katibi insan hüquqları və demokratiyanın müdafiə olunması zərurətini vurğulayır.

“Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır. Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür”, deyə məktubda qeyd edilir.

Ana səhifəXəbərlərABŞ dövlət katibindən demokratiya mesajı