ABŞ Dövlət Departamenti: Mehman Əliyevi dərhal azad edin

”Hal-hazırda müşahidə edilənlər mənfi trendlərdir”

Source:
foto google.az
foto google.az


”Hal-hazırda müşahidə edilənlər mənfi trendlərdir”

ABŞ Dövlət Departamenti avqustun 25-də həbs olunan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

Bu barədə “Turan” İA xəbər verir.

Sənəddə deyilir:

“Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. “Turan” İA-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökümətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir”.

“Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq”,-deyə Dövlət Departamentinin bıyanatında deyilir.

Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin barəsində bu ilin noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır. Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Mehman Əliyev “Qrant haqqında” qanunun tələblərini pozub. 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat qanunsuz gəlir əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Nazirlik onu da iddia edir ki, M.Əliyevin 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Vəkil Fuad Ağayev verilən ittihamları əsassız və Mehman Əliyevin həbsini siyasi sifariş sayır.

Vəkilin deyir ki, belə olan halda istintaq orqanının borcu idi ki, onların vəsatəti əsasında iş üzrə icraatı ən azı dayandırsınlar.

Vəkil bildirib ki, Mehman Əliyevə heç bir qətimkan tədbiri seçilə bilməz. Alınan qərardan apelyasiya şikayəti veriləcək.

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti: Mehman Əliyevi dərhal azad edin