ABŞ Dövlət Departamenti: Kolesnikovanın sağlamlığına görə Lukaşenko rejimi cavabdehdir

Mariya Kolesnikova. Foto: Euroradio

“Euroradio”nun xəbəri

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays belaruslu siyasi məhbus Mariya Kolesnikovanın vəziyyəti ilə bağlı açıqlama verib. Bir gün əvvəl Kolesnikovanın Qomel xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi məlum olub.

“Belarus rejimi Mariya Kolesnikova və 1440 digər siyasi məhbusun sağlamlığına və təhlükəsizliyinə görə tam məsuliyyət daşıyır. Məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda bildirilir.

ABŞ-ın Belarusdakı səfirliyi “belaruslu siyasi məhbusun qəfil xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri diqqətlə izləyir” və onun “tam və keyfiyyətli tibbi yardım alacağına” ümid edir.

Mariya Kolesnikova noyabrın 28-dən Qomeldəki təcili xəstəxananın reanimasiya şöbəsindədir, əməliyyat olunub. Çərşənbə axşamı o, “yaxşılaşan stabil ağır vəziyyətdə” idi.

Kolesnikova 2020-ci il prezident seçkilərində Viktor Babarikonun qərargahının koordinatoru, Koordinasiya Şurasının rəhbərliyinin üzvü idi. O, 2020-ci ilin sentyabrından həbsdədir. 2021-ci ilin sentyabrında Mariya Kolesnikova 11 il müddətinə azadlıqdan məhrum edilib. O, “dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsd”, “ölkənin milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə çağırış” və “ekstremist birləşmə yaratmaq”da təqsirli bilinib). 2022-ci ilin əvvəlində o, Qomeldəki 4 saylı qadın koloniyasına köçürüldü. Bu yaxınlarda siyasi məhbusun cəza kamerasına düşdüyü barədə məlumatlar yayıldı.

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti: Kolesnikovanın sağlamlığına görə Lukaşenko rejimi cavabdehdir