ABŞ-da koronavirusun “Omikron” ştamından ilk ölüm hadisəsini qeydə alıblar

Foto: Meydan TV

“Novaya Qazeta”nın materialı

“Omikron”dan effektli müdafiə üçün üç doza lazım gələ bilər


ABŞ-da koronavirusun “Omikron” ştamından ilk ölüm hadisəsini qeydə alıblar. “ABC News”un xəbər verdiyi kimi, bu, Birləşmiş Ştatlarda “Omikron”dan qeydə alınmış ilk ölüm hadisəsidir. Telekanalın verdiyi xəbərə görə, Texas ştatında, Harris dairəsində yaşayan 50 yaşlarında bir kişi ölüb. O, peyvənd olunmayıb və sağlamlığı ilə bağlı ciddi problemlər yaşayıb, – “ABC News” xəbər verir.


Dekabrın 12-18-də koronavirusun “Omikron” variantı ABŞ-da üstünlük təşkil edib.


Xəstəliklərin nəzarəti və profilaktikası üzrə Mərkəzin məlumatlarına görə, bu həftə adı çəkilən ştamın payına 73,2% düşüb.


Bu, ötən həftənin (4-11 dekabr) göstəriciləri ilə müqayisədə 60% çoxdur. Belə ki, ötən həftə “Omikron” ştamının payına 12,6% düşüb.


Cons Hopkins İnstitutunun məlumatlarına görə, bütün dünyada koronavirusa yoluxanların sayı 275 milyonu ötüb. COVID-19-a yoluxma halları ən çox ABŞ-da qeydə alınıb (51 milyondan çox). Bu ölkədə pandemiya dönəmində koronavirusdan 807 min adam ölüb.


“Omikron”dan ilk ölüm hadisəsi Böyük Britaniyada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “təhlükə doğuran” kimi qiymətləndirib. Tədqiqatlar göstərib ki, Pfizer peyvəndinin üç dozası iki doza ilə müqayisədə “Omikron” ştamının öhdəsindən daha yaxşı gəlir. Odur ki, “Omikron”dan effektli müdafiə üçün üç doza lazım gələ bilər. Həmçinin ÜST-nin məlumatına görə, COVID-in digər variantları ilə müqayisədə “Omikron” ştamının yayılma sürəti daha yuxarıdır.


Yeni B.1.1.529 ştamı ilk dəfə Botsvanadakı xəstədə aşkarlanıb, sonra bütün dünyaya yayılıb və Avropanın bir çox ölkəsində üzə çıxıb. Rusiya “Omikron” səbəbi ilə Honqkonqdan və Cənubi Afrikanın səkkiz ölkəsindən gəlişi dayandırıb. Baş nazirin müavini Tatyana Qolikovanın verdiyi məlumata görə, Rusiyada rəsmi olaraq 25 nəfərdə “Omikron” ştamı qeydə alınıb.

Ana səhifəXəbərlərABŞ-da koronavirusun “Omikron” ştamından ilk ölüm hadisəsini qeydə alıblar