Kitabın müəllifi tarixçi-alim Cəmil Həsənlidir
ABŞ-ın YUTA press universiteti Cəmil Həsənlinin “Azərbaycanın sovetləşdirilməsi” – adlı yeni araşdırmasını nəşr edib.
“Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər” – adlı monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən danışılır.
Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsindən bəhs edilir. Kitabda həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer verilib.
Monoqrafiyada həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilisdilli dünyaya geniş məlumat verilib.