ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa yönəlmiş səylərinə Moskvanın mane ola bilməyəcəyini deyir

ABŞ-Rusiya. Foto: Casablanca Stock/shutterstock

Metyu Miller: “Rusiya heç cür ABŞ-ın vacib diplomatik səyləri həyata keçirməyinə mane ola bilməz”

ABŞ Moskvanın bəyanatlarına baxmayaraq, Azərbaycan və Ermənistan arasınnda sülhə nail olmağa yönəlmiş səyləri davam etdirəcəyini bildirib.

Bu barədə yanvarın 4-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller “Turan”ın Qərbi sülh prosesinə müdaxilə etməkdən çəkinməyə çağıran Rusiya məmurları haqqında sualına cavabda deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 28-də ilin yekunları ilə bağlı yerli mediaya müsahibəsində “Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”,– deyə bildirmişdi.

S.Lavrov onu da demişdi ki, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:
Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – Yerevan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

Metyu Millerin sözlərinə görə, Rusiya heç cür ABŞ-ın Ermənistan və Azərbaycanın barışması üçün zəruri olan bütün vacib diplomatik səyləri həyata keçirməyinə mane ola bilməz.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

“Turan” əməkdaşının “Rusiyanın bu mövzuda irəliləməsinə mane olduğunu demək olarmı” ualına cavabda Miller belə deyib: “Bəli, bu, belədir”.

Dövlət katibi Entoni Blinken ötən ilin sonlarında ABŞ-ın paytaxtında sülh danışıqları üçün xarici işlər nazirlərinin daha bir görüşünü keçirməyi təklif edib, lakin görüş baş tutmayıb.

Belə bir görüşün mümkün olub-olmadığı haqqında sualına cavabda Miller belə deyib:

Yenilikləri izləyin. Bizdə görüş planlaşdırılanda açıqlayacağıq”.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında indiyə qədər sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa yönəlmiş səylərinə Moskvanın mane ola bilməyəcəyini deyir