İş adamı klubun mənafeyini düşündüyünü deyib
Rusiyalı iş adamı Roman Abramoviç İngiltərənin Premyer Liqa komandası olan “Çelsi”nin sahibliyini fondun qəyyumlar şurasına təhvil verdiyini açıqlayıb.
Abramoviç açıqlamasında deyib ki, hər zaman klubun mənafeyini düşünərək qərarlar verib. İndi də bu dəyərlərə sadiq qaldığını bildirib.
Roman Abramoviç açıqlamasında deyib:
“Buna görə də bu gün klubun idarəçiliyini və məsuliyyətini “Çelsi” fondunun qəyyumlar şurasına həvalə edirəm. Hazırda inanıram ki, klub oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşı vəziyyətdədir”.
Abramoviçin qərarı Rusiyanın Ukraynaya hücumlarından sonra ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışlarından sonra verilib.
Rusiyalı milyarder Abramoviç 2003-cü ildə ingilis iş adamı Ken Batesə 140 milyon funt sterlinq ödəməklə “Çelsi”nin sahibi olub.