Bu sakinlərin evi hər an başlarına uça bilər.
“Öz gözlərinizlə baxın, görün nə şəraitdə yaşayırıq. Biizi evimizdən qovurlar, deyirlər ki, sizə kirayə pulu veririk, çıxın”. Bu sözləri evi qəzalı vəziyyətdə olan sakin deyir.
Təxminən 55 ailənin yaşadığı bu ərazi Zığ qəsəbəsində yerləşir. Çıxılmaz vəziyyətdə qalan bu insanlar illər əvvəl bələdiyyədən torpaq alıb burada məskunlaşıblar.
6 ildir burada yaşadığını deyən şikayətçi danışır ki, dövlət orqanlarına müraciət etsə də, şikayətinə baxılmayıb:
“Mən evimi 3 dəfə söküb-tikmişəm. Amma mənə yazılı surətdə bildirdilər ki, çıxmırsansa bura qol çək ki çıxmıram. İndidə onu əlində qərar tutub ki, sən özün bilərəkdən qol çəkmisən, sənə kompensasiya düşmür. Evin uçsa, günahkar özünsən”.
Sakinlərin etirazından sonra Meydan Tv-yə müsahibə verən icra hakimiyyətinin nümayəndəsi bildirib ki sakinlərin evləri sökülənə qədər onlara kirayə pulu veriləcək.