”Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”
Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibətini açıqlayıb.
Sabiq prezident bu istiqamətdə verilən qərarlardan narahat olduğunu ifadə edib:
“Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan durumdur. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.
APA “Hürriyət”ə istinadən bu barədə məlumat yayıb.
O, yaranmış vəziyyəti üzüntü ilə izlədiyini gizlətməyib:
“Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”.
Ötən ilin 15 iyul olaylarından sonra Türkiyənin bir çox elm və təhsil ocaqlarında çox ciddi ixtisarlar və həbslər oldu.
Son qanun hökmündə isə universitetlərdən 330 professor və müəllim qovulub.