Zərərçəkənlər “AMAY” rıhbərinə qarşı hər-hansı iddiları olmadığını deyiblər
Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfər üzərində məhkəmə prosesi davam edib.
Prosesdə ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı şəxslər dindirlib. Bu dəfə də şəxslər özlərini zərərçəkən kimi tanımadıqlarını deyiblər. Zərərçəkənlər “AMAY” rəhbəri A.Abdullayevə hər-hansı iddiları olmadığını deyiblər. Yeganə tələblərinin Atatürk prospekti 78/80-37-dəki 18 mərtəbəli binada tamamlanma işlərinin başa çatdırılaraq dövlət komissiyası tərəfindən təhvil alınması olduğunu deyiblər. A.Abdullayev keçən məhkəmə prosesində olduğu kimi, yenə də binanın tam tikilib təhvil verilməməsinə günahkar kimi ölkə prokurorluğunu ittiham edib.
Daha sonra 2009-2011-ci illərdə “Texnikabank”dan götürülən kreditlərlə bağlı bankn nümayəndəsi kimi çıxış edən hüquqşünas Ruslan Umudovun dindirilməsi davam edib. Həmin vaxt “AMAY”-ın törəməsi olan 34 firma adıçəkilən bankdan 40 milyon manata yaxın kredit götürüb. Kredit təminatlı olub, belə ki, götürülən kreditlərin əvəzinə “AMAY”-ın qeyri-yaşayış sahələri girov qoyulub. Həm də qoyulan girovlar dəyərinə görə götürülən məbləği iki dəfə üstələyib. Firmalar həmin maliyyə vəsaitlərini 2012-2013-cü illərdə tam şəkildə banka ödəyib. “Texnikabank”ın nümayəndəsinə məsələ mülki olduğu halda nədən bankın məhkəməyə deyil, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdiyi sualı ünvanlanıb. R.Umudov bunu kredit götürən tərəfin verilən maliyyə vəsaitlərinin montorinqini aparmağa imkan verməməsilə əlaqələndirib.
“AMAY” rəhbəri A.Abdullayev “Texnikabank” rəhbərlərinin daim “AMAY”-da olduqlarını, hər-hansı monitorinq keçirmək təşəbbüsü göstərmədiklərini nəzərə çatdırıb. Bankın monitorinq keçirməsinə hər-hansı maneə olmayıb və ola da bilməzdi. Sonda bank nümayəndəsi R.Umudov “Texnikabank”ın “AMAY”-a və ya törəmə şirkətlərə hər-hansı iddia və tələbləri olmadığını nəzərə çatdırıb.
A.Abdullayev ittiham tərəfin irəli sürdüyü çirkli pulların yuyulması ittihamının məhkəmə baxışına çıxarılması üzərində təkid edib.
Hakim Ə.Hacıyev növbəti məhkəmə prosesini aprelin 7-nə təyin edib.
A.Abdullayev 2014-cü il aprelin 4-də həbs edilib. Ona dələduzluq, dövlət vəsaitlərini külli miqdarda mənimsəmək, çirkli pulların yuyulması kimi itithamlar irəli sürülüb. Amma A.Abdullayev bütün ittihamları birmənlaı olaraq rədd edir