”Abbas Hüseynova işgəncələrin verilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur”

Vətəndaş Cəmiyyətinin bir qrup tanınmış nümayəndəsi hökumətyölü qurumlara müraciət edib

Source:
Abbas Hüseyn mitinqlərin birində
Abbas Hüseyn mitinqlərin birində


Vətəndaş Cəmiyyətinin bir qrup tanınmış nümayəndəsi hökumətyölü qurumlara müraciət edib

Vətəndaş cəmiyyətinin bir qrup tanınmış nümayəndəsi Azərbaycanın hökumətyönlü qurumlarına müraciət göndərib.

“Turan” informasiya agentliyinin məlumatına əsasən, müraciətdə Qobustan qapalı həbsxanasında “Müsəlman Birliyi” Hərəkatının fəalı

Abbas Hüseyno

va işgəncələrin verilməsinə dair məlumatlarla bağlı narahatlıq ifadə olunub.

Müraciət siyasi məhbusların vahid siyahısı üzrə İşçi qrupun adından yayılıb.

Aprelin 30-da A.Hüseynovun anası Qobustan həbsxanasında oğluna işğəncə verildiyini, ona çoxsaylı bədən xəsarətinin yetirildiyini bildirib.

Penitensiar Xidmət bu bəyanatı təkzib edib.

İşçi qrupun üzvləri xatırladırlar ki, işgəncə faktlarının obyektiv və effektiv araşdırılması ilə bağlı hökumətin milli qanunvericilik və beynəlxalq müqavilələr çərçivəsində öhdəlikləri var.

Qrup üzvləri diqqəti ona yönəldirlər ki, A.Hüseynova qarşı işgəncələr və amansız rəftar barədə onun özü və vəkillərinin məlumat verməsi birinci dəfə deyil.

Lakin müraciət müəllifləri təəssüflə qeyd edirlər ki, indiyədək A.Hüseynova və digər siyasi məhbuslara qarşı işgəncə faktları araşdırılmayıb.

Müraciət müəllifləri A.Hüseynovun və ümumilikdə ictimaiyyətin narahatlığını bölüşür, İşçi qrupunun nümayəndələrinin onunla görüşməsinə imkan yaradılması məsələsini dövlət orqanlarının qarşısında qaldırır.

“Əgər hakimiyyət Abbas Hüseynova qarşı işgəncələrin olmadığından əmindirsə və ictimaiyyətlə əməkdaşlığa hazırdırsa, o zaman bizə imkan versinlər vəkillərlə, jurnalistlərlə, həmçinin Penitensiar Xidmətin, ombudsman aparatının və digər dövlət orqanlarının əməkdaşları ilə birlikdə onunla görüşək. Bunu qəbul etməmək A.Hüseynova işgəncə verilməsi barədə məlumatların doğru olduğunu isbatlamış olur. Bu fakt həm də onu sübut etmiş olacaq ki, hakimiyyətin siyasi opponentlərinə qarşı mübarizəsində işgəncə faktlarından istifadə edilir”, – müraciətdə deyilir.

Müəlliflər diqqəti ona yönəldirlər ki, işgəncə və pis rəftar barədə faktları açıqlayan vəkillər hakimlərin və hüquq- mühafizə orqanlarının təqdimatları əsasında Vəkillər Kollegiyasından xaric edilirlər.

Müraciət müəllifləri qeyd edirlər ki, onlar özləri həbsdə saxlanma zamanı işgəncələrin şahidləri olublar.

Fəallar A.Hüseynova və digər fəallara qarşı işgəncə faktlarının, onlara müalicə imkanlarının yaradılmaması, telefonla danışmaq və kitab əldə etmək hüquqlarının pozulması faktlarının ciddi araşdırılmasını, qapalı müəssisələrdə saxlanılam məhbusların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Bu istiqamətdə tədbirlər görülməsə, İşçi qrupu həbsxanalarda işgəncələrə qarşı beynəlxalq kampaniyaya başlamaq hüququnu özündə saxlayır.

Müraciəti İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Samir Kazımlı, Xədicə İsmayılova, Rövşən Hacıbəyli, Xalid Bağırov və Ənnağı Hacıbəyli imzalayıblar.

Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Sonradan terrorizm, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd, silah saxlamaq və digər ittihamlarla 20 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Abbas Hüseynova işgəncələrin verilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur”