Abbas Abbasovun oğlu da seçkiyə qatılmaqdan imtina etdi

“Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər”

Source:


“Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər”

Daha bir deputat parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Deputat, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov Facebook hesabında seçkilərdə iştirak etməyəcəyini elan edib:

“Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm.

10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil.Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm!

Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəzolunmazdır”.

Aydın Abbasovun atası Abbas Abbasov 20 ildən çox Azərbaycan baş nazirinin birinci müavini olub. A.Abbasov vəzifəsindən çıxarılanda “İstiqlal” ordeni ilə mükafatlandırılsa da, sonradan Rusiya mətbuatında Azərbaycan hakimiyyəti barədə tənqidi fikirlər səsləndirmişdi. Artıq Abbas Abbasov bir neçə ildir vətənə gələ bilmir.

Ana səhifəXəbərlərAbbas Abbasovun oğlu da seçkiyə qatılmaqdan imtina etdi