AB Rusiyaya qarşı sanksiyaları 6 ay da uzatdı

Rusiyanın 3 enerji, 3 müdafiə companiyası, 5 dövlət maliyyə institutu və onların törəmə şirkətlərinin AB-nin əsas və ikinci dərəcəli kapital bazarlarına çıxışı məhdudlaşdırılıb.

Source:


Rusiyanın 3 enerji, 3 müdafiə companiyası, 5 dövlət maliyyə institutu və onların törəmə şirkətlərinin AB-nin əsas və ikinci dərəcəli kapital bazarlarına çıxışı məhdudlaşdırılıb.

Avropa Birliyi (AB) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2017-ci il yanvarın 31-dək uzadıb. Bu barədə AB-nin iyunun 1-də yaydığı bəyanatda deyilir.

Rusiyaya qarşı iqtisadi sanksiyalar 2014-cü il iyulun 31-də Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə cavab olaraq təklif olunub və həmin ilin sentyabrında qüvvəyə minib. Sanksiyalar maliyyə, enerji, müdafiə sektoru və ikili təyinatlı məhsulların ixracını hədəfə alıb.

2015-ci il martın 19-da saksiyaların müddətinin Mİnsk razılaşmasının tam tətbiqinə qədər uzadılması haqqında razılıq əldə olunmuşdu.

Minsk razılaşması 2015-ci il dekabrın 31-dək tam olaraq tətbiq olunmadığından Şura sanksiyaları 2016-cı il iyulun 31-dək uzatdı. Minsk razılaşmasının təbiqinə qiymət veriləndən sonra Şura sanksiyaları yeniləmək qərarı verib və onu əlavə 6 ay, yanvarın 31-dək uzatmaq qərarı verib.

Sanksiylar Rusiyanın 3 enerji, 3 müdafiə companiyası, 5 dövlət maliyyə institutu və onların törəmə şirkətlərinin AB-nin əsas və ikinci dərəcəli kapital bazarlarına, Rusiyanın neft hasilatı və istehsalı üçün lazım olan texnologiya və xidmətlərə çıxışını, silah alqı satqısını, Rusiyadan hərbi və ikili təyinatlı malların ixracını məhdudlaşdırır.

Bu sanksiyalarla əlavə olaraq, 146 fiziki və 37 hüquqi şəxsə qarşı viza məhdudiyyəti və onların aktivlərinin dondurulması, Krım və Sevastopolun işğalı ilə bağlı bu bölgələrə 2017-ci il iyunun 23-dək qoyulan məhdudiyyətlər davam edir.

Ana səhifəXəbərlərAB Rusiyaya qarşı sanksiyaları 6 ay da uzatdı