AB Azərbaycanla viza liberallaşmasına baxmağa hazır olduğunu deyib

Avropa Yüksək Nümayəndəsi Josep Borell də komissar Várhelyi ilə birlikdə mətbuat konfransında iştirak edib.

Source: Foto:https://www.europarl.europa.eu/


“Düşünürəm ki, meyarlarımız və şərtlərimiz bəllidir”

Avropa Birliyinin (AB) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi (Olivér Várhelyi) Avropa Birliyinin Azərbaycanla vizaların liberallaşdırılması məsələsinə baxmağa hazır olduğunu bildirib,- “SchengenVisaInfo.com” xəbər

verir

.

Komissar Azərbaycana vizasız gediş-gəliş tələbinə tezliklə baxıla biləcəyini deyib, – xəbərdə qeyd edilib.

“Düşünürəm ki, meyarlarımız və şərtlərimiz bəllidir. Əlbəttə belə bir istəklə bizə müraciət olunarsa, mütləq məşğul olacağıq”,- o deyib.

Onun sözlərinə görə, Avropa üçün Şərq Tərəfdaşlığı əsas prioritetlərdən biridir və AB üçün əsas prioritet olaraq qalacaq.

Avropa Yüksək Nümayəndəsi Josep Borell də komissar Várhelyi ilə birlikdə mətbuat konfransında iştirak edib.

“Bu gün biz Şərq Tərəfdaşlarımıza aydın mesaj çatdırdıq ki, çətin vaxtlarda da bizə arxalana bilərsiniz, biz sizin yanınızdayıq və sizi dəstəkləyirik. Ancaq eyni zamanda biz gələcəyə birlikdə baxmalı və bu əlaqəni ən yaxşı şəkildə necə formalaşdıracağımızı düşünməliyik”,- o deyib.

Videokonfransın əsas məqsədi koronavirus pandemiyasının Avropa Birliyinin Şərq Tərəfdaşlığı (EaP) bölgəsində təsirini müzakirə etmək olub.

Borellin sözlərinə görə, AB Şərq Tərəfdaşları ilə yan-yana olub və COVID-19-dan sonra tam bərpa yolunda hər addım atmağa hazırdır. Borell deyib ki, Şərq Tərəfdaşlığı uğur hekayəsidir.

“Biz bu uğur hekayəsinin bütün vətəndaşlarımızın xeyrinə davam etməsini istəyirik. Bu, 11 illik uğurlu siyasətdir, lakin hələ görüləsi çox iş və birlikdə əldə edə biləcəyimiz çox şey var”.

Ana səhifəDünyaAB Azərbaycanla viza liberallaşmasına baxmağa hazır olduğunu deyib