AA nömrə nişanlı avtomobilin piyadanı vurduğu bildirilir

Faktla bağlı cinayət işi açılıb

Source:
şərti foto
şərti foto

Bakıda daha bir yol qəzasının baş verdiyi deyilir. Xəzər rayonu ərazisində, dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus”-un yolu keçən piyadanı vurduğu deyilir.

Məlumatı lent.az yayıb. Bildirilir ki, ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qəzanı törədən avtomobilin özəl şirkətlərdən birinə məxsusdur.

Şahidlərin dediyinə görə avtomobil yüksək sürətlə hərəkət edirmiş.

Ana səhifəXəbərlərAA nömrə nişanlı avtomobilin piyadanı vurduğu bildirilir