95 vəkil İntiqam Əliyevi azad etməyə çağırış etdi

Məktubu Şərqi Avropanın İnsan Hüquqları Evləri Şəbəkəsi layihəsində iştirak edən müxtəlif ölkələrindən İntiqam Əliyevin həmkarları imzalayıblar

Source:


Məktubu Şərqi Avropanın İnsan Hüquqları Evləri Şəbəkəsi layihəsində iştirak edən müxtəlif ölkələrindən İntiqam Əliyevin həmkarları imzalayıblar

24 ölkədən 95 hüquqşünas Azərbaycanda uydurma ittihamlarla həbs edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevi dərhal azad etməyə çağırıblar.

Prezident İlham Əliyevə məktubda hüquqşünaslar həmkarları İntiqam Əliyev barəsində hökmlə bağlı narahatlıqlarını bildirirlər: “Cənab prezident, biz Sizi İntiqam Əliyevi dərhal və qeyd-şərtsiz azad etməyə və onun mülki və siyasi hüquqlarını bərpa etməyə çağırırıq”, deyə İnsan Hüquqları Evi Fondunun press-relizində bildirilir.

Saxta ittihamla 6 ay həbsdə saxlandıqdan sonra İntiqam Əliyev 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

“İntiqam Əliyev təkcə nadir vəkil deyil, həm də gənc Azərbaycanlılar nəsli üçün müəllim, habelə Avropa hüquq sisteminin eksperti, Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsi ilə işləyən ilk hüquqşünaslardan biridir”, deyə müraciətdə bildirilir.

“Hamımız üçün vəkil olmaq nadir üstünlükdür. Biz özümüzü İntiqam Əliyevlə müqayisə edirik və Azərbaycanda istənilən birimiz onun gördüyü işə görə həbs edilə bilərik”.

Məktubu Şərqi Avropanın İnsan Hüquqları Evləri Şəbəkəsi layihəsində iştirak edən müxtəlif ölkələrindən İntiqam Əliyevin həmkarları imzalayıblar.

Vəkillər öz məktublarında qeyd edirlər ki, İntiqam Əliyevin saxlanma şəraiti onun səhhətini pozub.

Ana səhifəXəbərlər95 vəkil İntiqam Əliyevi azad etməyə çağırış etdi