91 nəfər sağalıb, 2 xəstə ölüb
Oktyabrın 5-də Azərbaycanda 97 nəfər COVİD-19 infeksiyasına yoluxub, 91 nəfər sağalıb, 2 xəstə ölüb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ qərargah indiyə qədər Azərbaycanda 40 min 788 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
"Onlardan 38 min 587 nəfər müalicə olunaraq sağalıb, 598 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1603 nəfərdir".
O cümlədən, ötən müddətdə 1 milyon 140 min 194 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 3073-dur".