Ulisse Bezzi 90 yaşlı İtalyan fermerdir. Onun bütün həyatı boyu iki böyük həvəsi olub: torpaq və fotoqraflıq. O, hər iki həvəsini zamanla reallaşdırıb və bu cür maraqlı işlər ortaya çıxıb.
Bezzi fotoqraf olmayıb. Sadəcə istədiyi fotonu çəkmək üçün saatlarca əlləşib. Belə ki, o, fotolarını yalnız işi bitəndən sonra gecələr çəkə bilib. Ona görə də fotolarının çox hissəsi qaranlıqdır.
İllər sonra dostunun təkidiylə beynəlxalq festivallara baş vurur və San Paolo’dakı müvəffəqiyyətindən sonra NewYork’da sərgi evinin sahibi Keith De Lellis’in diqqətini çəkir. De Lellis Bezzi’ni NewYork’a dəfət etsə də fotoqraf bunu rədd edir. Nəticədə De Lellis, İtalya’ya gələrək fotoqrafı evində ziyarət edir.
1950-ci 60-cı illərin fotolarından seçimini edən De Lellis NewYork’da Bezzi’nin foto sərgisini təşkil edir.