9 partiya siyasi məhbus siyahısını dəstəkləyib

Siyasi məhbuslarla bağlı növbəti tədbir keçiriləcək

Source:


Siyasi məhbuslarla bağlı növbəti tədbir keçiriləcək

Avqustun 11-də KXCP-nin qərargahında 9 partiyanın iştirakı ilə keçirilən tədbirdə siyasi məhbus siyahısı dəstəklənib.

Meydan TV-yə bu barədə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, tədbirdə iştirak edən ADP, Azadliq, Müsavat, Liberal, Demokratik İslam, Ümid, Vahid Azərbaycan Milli Birlik, Xalq və onun sədri olduğu Klassik Xalq Cəbhəsi partiyaları siyahını dəstəkləyiblər: “Bu barədə qəbul olunan bəyanatda da dəstəyimiz yer alıb”.

Mirmahmud Mirəlioğlu onu da əlavə etdi ki, avqustun 15-də partiyanın qərargahında siyasi məhbuslarla bağlı növbəti tədbir keçiriləcək.

Həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərov tərəfindən hazırlanan siyahıya bir QHT-lər və vəkillər tərəfindən dəstək gəldi.

Bildirilir ki, Demokratik Təşəbbüslər İnstitutu / Institute for Democratic Initiatives(IDI)-Akif Qurbanov, Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi – Məlahət Nəsibova, Azərbaycan Miqrasiya Mərkəzi Əlövsət Əliyev, Siyasi Azadlıqları Müdafiə Alyansı- Şahvələd Çobanoğlu, Bölgələrdə İnsan Hüquqlarının Monitorinqi İctimai Birliyi-Elman Abbasov, Günay İsmayılova-hüquqşünas, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi-Samir Kazımlı, Siyasi Məhbuslarsız Azərbaycan İctimai Birliyi-Elşən Həsənov, Demokratiya və Medianın İnkişafına Dəstək İctimai Birliyi-Aynur İmranova, Şəhla İsmayıl-hüquq müdafiəçisi, Samirə Ağayeva-hüquqşünas, Gülnarə Axundova-hüquq müdafiəçisi, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq hüquq Təşkilatı-Mətləb Mütəllimli, Regional İnsan Hüquqları və Maarifləndirmə İB -Lətafət Məlikova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan bölümü-Arzu Abdullayeva, hüquqşünaslar Ənnağı Hacıbəyli, Erkin Qədirli, Leyla Mədətli, vəkillər Nemət Kərimli, Fuad Ağayev, Xalid Bağırov, Yalçın İmanov, Əlayif Həsənov, Fariz Namazlı, Əsabəli Mustafayev və Cavad Cavadov siyahını dəstəkləyiblər.

Ana səhifəXəbərlər9 partiya siyasi məhbus siyahısını dəstəkləyib