81 yaşlı Ombudsmanın maaşı 2230 manat oldu

Qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiqləndi

Source:
Elmira Süleymanova
Elmira Süleymanova


Qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiqləndi

İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) aylıq əmək haqqı maaşı 2025 manatdan 2230 manata qaldırılıb.

Bununla bağlı Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib.

Ombudsmanla bağlı qanuna dəyişiklik ikinci oxunuşda qəbul edilib.

Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.

Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən, o, fəaliyyətini davam etdirir. Elmira Süleymanova iki dəfə – 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Ana səhifəXəbərlər81 yaşlı Ombudsmanın maaşı 2230 manat oldu