Mənbə: Meydan TV

8 yaşlı övladının pensiyası ilə yaşayan ailə

8 yaşlı övladının pensiyası ilə yaşayan ailə

190 manatlıq birdəfəlik yardımdan kənar qalan ailələrdən biri də Şirvanovlardır. Ailə başçıları 8 yaşlı əlilliyi olan oğlu və iki qızları ilə 5 ildir Sumqayıt yataqxanasında kirayə yaşayırlar. Könül Şirvanovanın həyat yoldaşı günəmuzd çalışan fəhlədir. O deyir ki, karantin günlərində 8 yaşlı oğluna görə aldığı 200 manatlıq müavinat ucbatından hökumətin işsiz şəxslər üçün təyin etdiyi 190 manatlıq yardımdan məhrum olublar. Könül Şirvanovanın ən böyük arzusu bir otaqlı da olsa, öz evinin olmasıdır. O, vitse-prezident Mehriban Əliyevaya üz tutub ondan yardım istəyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/umhk0c

Ən çox baxılan