8 ayın əsgəri həyatını itirib

19 yaşlı Vüsal Kərimova sətəlcəm-meningit diaqnozu qoyulub

Source: Meydan TV

Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yaşamış Vüsal Vüqar oğlu Kərimov cəmi 8 ayın əsgəri olub. 2001-ci ildə dünyaya gəlmiş Vüsal Kərimov martın 3-də həyatını itirib.

Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqataladakı N saylı hərbi hissəsində xidmət edən Vüsal Kərimov ölümündən 3 gün əvvəl Bakıya gətirilib, hospitala yerləşdirilib.

“Bu barədə ailəsinə məlumat verilməyib. Yalnız səhərisi gün ailəsi xəbər tutub. Ancaq hospitalda yanına anasından başqa heç kimi buraxmırdılar. Vüsal danışsa da, anasını tanımırdı“, – yaxınları deyib.

Yaxınlarının sözlərinə görə, əsgərə sətəlcəm-meningit diaqnozu qoyulub: “Ağciyərində də göyərmə vardı. Amma bu, vurulma göyərtisi deyildi, xəstəlikdən əmələ gəlmişdi. Sadəcə həkim laqeydliyi, müalicənin vaxtında aparılmaması uşağın həyatına son qoydu”.

Hospitaldan Meydan TV-yə deyiblər ki, bu barədə yalnız DSX-dan məlumat almaq mümkündür. Qurumdan isə açıqlama almaq mümkün olmayıb.

Ana səhifəSosial8 ayın əsgəri həyatını itirib