Seydimli kənd orta məktəbi

Mənbə: Meydan TV

Başlıq: Seydimli kənd orta məktəbi

“8 aydır bizi sinif otağına yığıblar, vəziyyətimiz dözülməzdir”

Müharibə zamanı evi dağılmış Tərtər sakini dəfələrlə intihara cəhd edib

“Sentyabrın 27-dən evdən çıxanıq. 8 aya yaxındır ki, Seydimli kənd orta məktəbinə sığınmışıq. Hökumət bizimlə maraqlanmır, zülm içində yaşayırıq. Bunun nəticəsidir ki, dəfələrlə əməliyyat olunmuş xəstə anam hətta intihara da cəhd edib”.

Elton Hüseynli Meydan TV-yə danışır ki, İkinci Qarabağ Müharibəsi başlayanadək Tərtər rayonunun Nicat İskəndərov küçəsində yaşayıblar. Müharibə zamanı top yaşadıqları evi dağıdıb. Evləri dağılmış digər ailələr kimi bu ailə də rayonun Seydimli kəndindəki məktəbə yerləşdirilib. Elton Hüseynlinin sözlərinə görə, o gün – bu gün, hökumət onlarla maraqlanmayıb.

Seydimli kəndindəki məktəb

Seydimli kəndindəki məktəb

Mənbə: Meydan TV

“Çarəsiz durumdayıq”

“Prezidentin sərəncamına əsasən, dağılmış evə görə 6 min, şəxsi əşyalara görə ailə üzvlərinə 1500 manatdan kompensasiya ödənilməlidir. Ancaq bizə bu pulların heç biri ödənilməyib. Heç dağılmış evimizin yerində yenisinin tikintisinə də başlanılmayıb. 8 aya yaxındır ki, müraciət edirik, baxan yoxdur. Bizi məktəbin bir sinif otağına yığıblar, çox şəraitsiz, çarəsiz durumda yaşayırıq, vəziyyətimiz dözülməzdir”, - şikayətçi deyib.

Hüseynlilər ailəsinin dağılmış evi Tərtər Rayon İcra Hakimiyyətinin qarşısındakı lövhədə də yer alıb. Tez-tez buraya gələn xarici qonaqlara nümayiş etdirilir:

"Şəxsi əşyalara görə ailə üzvlərinə 1500 manatdan kompensasiya ödənilməlidir"

"Şəxsi əşyalara görə ailə üzvlərinə 1500 manatdan kompensasiya ödənilməlidir"

Mənbə: Meydan TV

“İcra hakimiyyətinin inzibati binasının qarşısında lövhə yaradılıb, 44 günlük müharibə zamanı dağılmış evlərin fotolarından ibarət iri bir lövhədir. Bizim evimizin dağıntısından çəkilmiş fotolar o lövhədə birinci sırada vurulub. Səfirliklərin nümayəndələri, xarici qonaqlar, xarici jurnalistlər gələndə həmin lövhəni nümayiş etdirirlər. Ancaq o fotolardakı evləri nə düzəldirlər, nə də o evlərin sahiblərini icra hakimiyyətinin içinə buraxırlar ki, gedək dərdimizi deyək. Bizim dağılmış əmlaklarımızdan yalnız öz xeyirlərinə istifadə edirlər”.

"8 aya yaxındır ki, müraciət edirik, baxan yoxdur"

"8 aya yaxındır ki, müraciət edirik, baxan yoxdur"

Mənbə: Meydan TV

“Bu məsələlərə Nazirlər Kabineti baxır”

Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, İkinci Qarabağ Müharibəsi zamanı dağılmış evlərin yerində yeniləri inşa olunur, evləri dağılmış ailələrə kompensasiyalar ödənilir, ancaq bu işlər Nazirlər Kabinetinin qərarları ilə həyata keçirilir, yerli icra hakimiyyətləri yalnız dağılmış əmlakların siyahısını təqdim edir. Hüseynli ailəsi Nazirlər Kabinetinə rəsmi müraciət etməlidir.

Ötən ilin dekabrında Prezident İlham Əliyev 44 günlük müharibə zamanı evləri dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş ailələrə maddi yardım ayrılmasına dair sərəncam imzalayıb. Həmin sərəncama görə, qismən ziyan dəymiş evlər üzrə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım verilməlidir.

"Bizim dağılmış əmlaklarımızdan yalnız öz xeyirlərinə istifadə edirlər”

"Bizim dağılmış əmlaklarımızdan yalnız öz xeyirlərinə istifadə edirlər”

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/djm4tb

Ən çox baxılan