70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Müzəffər Baxış: “Hakimlərin hamısı məhkəmə sistemindən uzaqlaşdırılsa da, heç nə dəyişməyəcək”

Source:


Müzəffər Baxış: “Hakimlərin hamısı məhkəmə sistemindən uzaqlaşdırılsa da, heç nə dəyişməyəcək”

“Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub”.

Bu barədə Ombudsmanın illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ötən dövrdə korrupsiyanın və digər neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlər, əsas etibarilə, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, bəzi hakimlər tərəfindən tərəflərinə bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti göndərilməsi üzrə tərəflərin məlumatlandırılmamaması, süründürməçilik halları, qərarların icraya vaxtından yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olub (APA).

Müzəffər Baxış
Müzəffər Baxış

Hesabatı Meydan TV-yə şərh edən hüquqşünas Müzəffər Baxış bildirib ki, Azərbaycanda 600 hakim ştatı var, onların hamısı məhkəmə sistemindən uzaqlaşdırılsa da, heç nə dəyişməyəcək. Çünki Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur. Vəziyyətin dəyişməsi üçün köklü islahatlara ehtiyac var. Ancaq hakimiyyət müstəqil məhkəmə hakimiyyətinin yaranmasını istəmir. Təsəvvür edin ki, müstəqil məhkəmə hakimiyyəti olsa, seçki saxtakarlıqları və nazirliklərin qanun pozuntusuna münasibət necə olacaq?! Hətta AXC hakimiyyəti dövründə prezident Elçibəy müstəqil məhkəmə sisteminin yaranmasına cəhd etsə də, bəzi məmurlar buna imkan vermədi. Halbuki, hakimlər haqda yaxşı qanun qəbul olunmuşdu, həmin məmurlar isə qanunun qüvvəyə minməsinə əngəl yaratdılar. Yəni indiyə qədər olan hakimiyyətlər məhkəmə sisteminin müstəqilliyinə razı olmayıblar.

Hüquqşünas əlavə edib ki, hakimlər fəaliyyətləri ilə bağlı uzaqlaşdırılmayıb. Sadəcə, bəzi hakimlərin fəaliyyət dövrü bitib. Hesabatdakı məlumatlar yalan statistikanın nəticəsidir.

Ana səhifəXəbərlər70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb