68 gündən sonra ”Günəşli” yatağındakı yanğın söndürüldü

Yanğın nəticəsində 19 nəfər itkin düşüb, 11 nəfər həlak olub

Source:


Yanğın nəticəsində 19 nəfər itkin düşüb, 11 nəfər həlak olub

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib:

“Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb”.

Yanğın nəticəsində 19 nəfər itkin düşüb, 11 nəfər həlak olub.

Ana səhifəXəbərlər68 gündən sonra ”Günəşli” yatağındakı yanğın söndürüldü