670 bal toplayan tələbə intihar etdi (yenilənib)

”Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”

Source:
foto azadliq.info
foto azadliq.info


***


13.50. “Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib”. Bu barədə BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib. Z. Kazımova deyib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.


BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.


***


”Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb.

O, hadisə yerindəcə keçinib.

H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Tələbənin atası Maarif Abbasov sputnik.az-a bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: “Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ana səhifəXəbərlər670 bal toplayan tələbə intihar etdi (yenilənib)