600 sürücü “Avopa Oyunları zolağına” keçdiklərinə görə cərimə olunub

Vaqif Əsədov sürücüləri qaydalara riayət etməyə və bütün dünyaya “yüksək yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti nümayiş etdirməyə” çağırıb

Source:


Vaqif Əsədov sürücüləri qaydalara riayət etməyə və bütün dünyaya “yüksək yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti nümayiş etdirməyə” çağırıb

Bakı yollarında Avropa Oyunları üçün xüsusi olaraq ayrılmış zolaqlara keçmək məhdudiyyətinin qüvvəyə mindiyi ilk gün təxminən 624 sürücü bu qaydanı pozduğuna görə məsuliyyətə cəlb edilib.

Onlar barəsində elektron protokollar tərtib edilib. Cərimələr haqqında bildirişlər sürücülərin yaşayış yerlərinə göndəriləcək, deyə yol polisinin nümayəndəsi Vaqif Əsədov bildirib.

O, sürücüləri qaydalara riayət etməyə və bütün dünyaya “yüksək yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti nümayiş etdirməyə” çağırıb.

Mayın 29-dan etibarən Bakının küçə və prospektlərində nəqliyyat vasitələrinin Avropa Oyunları iştirakçılarının daşınması üçün ayrılmış xüsusi zolaqlara keçməsi məhdudlaşdırılıb.

Ana səhifəXəbərlər600 sürücü “Avopa Oyunları zolağına” keçdiklərinə görə cərimə olunub