60 yaşlı müsavatçı xuliqanlıqda ittiham olunaraq həbs edildi

“Prezident seçkilərində Xaqani Məmmədov Demokratik Qüvvələrin Milli Şurasının namizədinin seçki qərargahının rəhbəri olub”

Source:


“Prezident seçkilərində Xaqani Məmmədov Demokratik Qüvvələrin Milli Şurasının namizədinin seçki qərargahının rəhbəri olub”

Müsavat Partiyasının Tərtər rayon təşkilatının sədr müavini, 60 yaşlı hüquqşünas Xaqani Məmmədov xuliqanlıq ittihamı ilə həbs edilib.

Təşkilat sədrinin müavini iyulun 23-də baş vermiş insidentlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

Meydan TV-yə partiyanın hüquqşünası Elman Fəttah bu barədə danışıb.

Onun sözlərinə Xaqani Məmmədov öz ofisinə gəldikdə, onu bir qrup qadın qarşılayıb: “Müsavatçı onları içəriyə dəvət edib. Ofisə daxil olan qadınlar ona hücum çəkiblər və “müxalifətçi” adlandıraraq təhqir ediblər. Bu adamların təxribat üçün gəldiklərini anlayan müsavatçı 102 nömrəli telefonla polisə zəng edib. Bundan sonra qadınlar ofisi tərk ediblər. Elə həmin gün o, polisə şikayət edib. Ancaq Xaqani Məmmədovun özü xuliqanlıq ittihamı ilə saxlanılıb. Tərtər rayon məhkəməsi polisin müsavatçının həbsi haqqında təqdimatını təmin etməyərək, ev dustaqlığı ilə kifayətlənib”.

Elman Fəttah bildirib ki, bu hadisədən sonra prokurorluq məhkəmənin qərarına etiraz edib və avqustun 2-də Gəncə Apellyasiya Məhkəməsi ev dustaqlığı haqqında qərarı ləğv edib.

“Beləliklə, Xaqani Məmmədovu 2 ay müddətinə həbs ediblər” – deyə Elman Fəttah bildirib.

Elman Fəttah Xaqani Məmmədovun siyasi motivlərlə təqib olunduğunu düşünür: “Prezident seçkilərində Xaqani bəy Demokratik Qüvvələrin Milli Şurasının namizədinin seçki qərargahının rəhbəri olub. Bu həbs məni Gəncədə Həsən Hüseynlinin, Lənkəranda Yadigar Sadıqovun həbslərini xatırlatdı, müqayisə olunası olaydır”.

Ana səhifəXəbərlər60 yaşlı müsavatçı xuliqanlıqda ittiham olunaraq həbs edildi