”6 ayda 38 hərbi qulluqçu həyatını itirib”

16 nəfər döyüş, 22 nəfər qeyri-döyüş itkisidir

Source:
Əsgərin dəfn mərasimi (arxiv foto)
Əsgərin dəfn mərasimi (arxiv foto)


16 nəfər döyüş, 22 nəfər qeyri-döyüş itkisidir

2017-ci ilin ilk 6 ayında Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 35 hərbi qulluqçu ölüb. Onlardan 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir. Qurumun yaydığı məlumatda deyilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub:

“Bundan başqa, 3 hərbçinin xəstəlik nəticəsində, 4 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyadan köçdüyü bildirilir. 7 nəfər naməlum hadisə səbəbindən, 2 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb. 3 nəfər avto-qəzada həlak olub”.

Məlumatda bildirilir ki, ölənlərin 13 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 17 nəfəri əsgər, 1 nəfəri gizir, 7 nəfərsə zabit olub. Ölənlərdən 33 nəfəri Müdafiə Nazirliyinin, 4 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olub.

“Ölən hərbçilərdən 4 nəfərinin adı „Cəsus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda onlayn mediada məlumat yayılıb.

Ötən dövrdə ümumilikdə 3 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 2 hərbçi erməni gülləsindən yaralanıb, 1 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb”-xəbərdə deyilir.

Məlumata görə, hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 5 dinc sakin həlak olub. Bir nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ana səhifəXəbərlər”6 ayda 38 hərbi qulluqçu həyatını itirib”