5430 hektar ərazinin minalardan təmizləndiyi açıqlanıb

Məlumatda deyilir ki, eyni zamanda, Dövlət Sərhəd Xidməti ümumilikdə 286 hektar ərazini təmizləyib, 2976 mina və partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirilib.

Source: АПА


"24 min 925 mina və PHS aşkarlanıb"

2020-ci il noyabrın 10-dan bu ilin sentyabrın 28-ə qədər 5430 hektar ərazi minalardan təmizlənib, 24 min 925 mina və PHS aşkarlanıb.

Bu barədə "Azərtac" işğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahına istinadən məlumat

yayıb

.

Bildirilib ki, cari ildə 4854 hektar ərazi təmizlənib, 14 min 884 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib: "Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, cari il sentyabrın 1-dən 23-dək nazirliyin mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarında 1119 hektar ərazi təmizlənib, 91 PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çoxillik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 hektar ərazinin təmizlənməsi yekunlaşmaq üzrədir. Bu sahələrdən 1628,626 hektar ərazi təmizlənib. Təmizlənməli ərazi isə 427 hektardır. Ümumilikdə 12 min 14 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib".

Məlumatda deyilir ki, eyni zamanda, Dövlət Sərhəd Xidməti ümumilikdə 286 hektar ərazini təmizləyib, 2976 mina və partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirilib.

Dövlət başçısı İlham Əliyevin 2020-ci il 24 noyabr sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasət5430 hektar ərazinin minalardan təmizləndiyi açıqlanıb