Hadisə Qusarın Hil kəndində olub
İyunun 14-də Qusarın Hil kəndində 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya aparılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı uşağın anası Gülnarə Saypullayevanın onun südünə zəhər qatdığı müəyyən edilib.
Qadın şübhəli şəxs qismində tutulub. Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Cinayətin motivləri və hansı zəhərdən istifadə olunması hələlik açıqlanmır.