Cəsur Sümərinli: “Onlardan
27-si is
ə
qeyri-d
ö
y
üş
itkil
ə
ridir…”
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi KİV üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 38 nəfər təşkil edib.
Meydan TV-yə məlumatı “Doktrina” JHAM direktoru Cəsur Sümərinli verib. Onun sözlərinə görə, ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb: “Müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si isə qeyri-döyüş itkiləridir. 6 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 4 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.
Cəsur Sümərənli bildirib ki, yaralanlıların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.