”Azital İnşaat” MMC-nin direktoru məhkəmə zalından azadlığa buraxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə davam edib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.
1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.
Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
“Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev “Azəraqrartikinti” ASC-nin rəhbəridir.