404 məmur haqda intizam tənbeh tədbiri tətbiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi, Dövlət Sosial Müdafiə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk sıradadırlar

Source:


Əmək və Əhalinin Sosial Müdafiəsi, Dövlət Sosial Müdafiə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk sıradadırlar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2015-ci ildə dövlət qulluqçuları ilə bağlı 22 ümumi etik şikayət daxil olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bu gün keçirilən tədbirdə deyib.

O deyib ki, həmin şikayətlərin 6-sı əsassız olub, 2 şikayət məhkəmə icraatında olduğu üçün baxılmamış saxlanılıb, 10 şikayət isə komissiyanın səlahiyyətinə aid olmayıb, baxılması üçün aidiyyatı orqanlara göndərilib.

2015-ci ildə etik davranış qaydalarını pozan dövlət qulluqçuları barədə 404 intizam tənbeh tədbiri tətbiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi üzrə 141, Dövlət Sosial Müdafiə Fondu üzrə 70, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 34, Təhsil Nazirliyi üzrə 25, Maliyyə Nazirliyi üzrə 17 intizam tənbeh tədbiri tətbiq edilib.

Komissiyaya 4 halda tətbiq edilmiş intizam tənbeh tədbiri barədə şikayət daxil olub.

V.Əsgərov qeyd edib ki, komissiya tərəfindən Dövlət Qulluğu Məcəlləsi də hazırlanıb. Hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Razılaşdırma olduqdan sonra həmin sənəd bu il aidiyyatı qurumlara təqdim ediləcək.

Ana səhifəXəbərlər404 məmur haqda intizam tənbeh tədbiri tətbiq edilib