4 rektor işdən çıxarıldı

Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib

Source:

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamına görə Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Həbib qızı Naxçıvanlı isə Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.

Sərəncamla işdən azad edilən rektorlar məhz Milli Məclisdə deputat mandatı aldıqları üçün digər vəzifələrindən – rektorluqdan azad ediliblər.

Ana səhifəXəbərlər4 rektor işdən çıxarıldı