4 partiya illik maliyyə hesabatını təqdim etməyib

“Hesabat təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası”

Source:


“Hesabat təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası”

Azərbaycanda rəsmi qeydiyyatdan keçən partiyalardan illik maliyyə hesabatı verməyən partiyalar məlum olub.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib. 4 partiya isə illik maliyyə hesabatını təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

Bu il qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir.

Ana səhifəXəbərlər4 partiya illik maliyyə hesabatını təqdim etməyib