359 nəfərə ölkədən çıxış yasağı qoyulub

Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

APA yazır ki, 28 sentyabr tarixinə vergi borcu olduğuna görə 359 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Qanunvericiliyə görə, gizli məlumat sayılmasa da, nazirlik xaricə çıxışı yasaqlanan şəxslərin vergi borcunun məbləğini açıqlamır.

Vergi Məcəlləsinin 30.2.5-ci maddəsinə əsasən, vergi ödənişləri üzrə borclar vergi ödəyicisinin kommersiya sirri sayılmır və onların ictimailəşdirilməsi hüquqi məsuliyyət doğurmur.

Ana səhifəXəbərlər359 nəfərə ölkədən çıxış yasağı qoyulub