”34-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır”

Source:

“Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır”.

“Report” xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.

O bildirib ki, süni abortla dayandırılan hamiləliyin sayı qadının yaşı və hamiləliyin sayı artdıqca daha da yüksəlir: “34-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır”.

F.Babayev qeyd edib ki, Azərbaycanda süni abortlardan əsas etibarilə ailəli qadınlar ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə edirlər: “İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4 faizə qədər qalxır”.

Ana səhifəXəbərlər”34-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır”