30 neftçi itkin düşdü, dövlət komissiyası yaradıldı, cinayət işi açıldı (YENİ VİDEO)

Dekabrın 4-də saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib, şiddətli yanğın baş verib. İki gündür davam edən yanğın nəticəsində 32 nəfərin xilas edildiyi, 30 nəfərin itkin düşdüyü, 1 nəfərin öldüyü, 20-yə yaxın adamın xəstəxanaya yerləşdirildiyi rəsmən təsdiqlənib. Faciə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. O cümlədən, prezident İlham Əliyev baş nazir Artur Rəsizadənin rəhbərliyi altında Dövlət Komissiyasının yaradılması haqda sərəncam imzalayıb.

Ana səhifəVideo30 neftçi itkin düşdü, dövlət komissiyası yaradıldı, cinayət işi açıldı (YENİ VİDEO)