“30 min iş yeri özünü fiziki şəxslərin gəlir vergisində göstərməlidir”

Zöhrab İsmayıl: “Birinci rübdə Azərbaycan iqtisadiyyatı ciddi böhranla üz-üzə qalıb”

Rövşən Ağayev: “Qiymətlərin sabit qalması haqqında deyilənlərlə razılaşmıram”

Source:


Zöhrab İsmayıl: “Birinci rübdə Azərbaycan iqtisadiyyatı ciddi böhranla üz-üzə qalıb”


Rövşən Ağayev: “Qiymətlərin sabit qalması haqqında deyilənlərlə razılaşmıram”

Aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib. O, Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Prezident ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb. Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən İlham Əliyevin sözlərinə görə, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir (

Neftin qiymətinin düşməsi Azərbaycanın dinamik inkişafına təsir göstərməyib



).

Dövlət başçısının çıxışını Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl Dövlət Statistika Komitəsinin bir çox məlumatlarına inanmadığını və prezidentin də çıxışının komitənin məlumatı əsasında hazırlandığını deyib: “Bunlardan biri qeyri-neft sektorundakı artımdırsa, ikincisi də inflyasiya göstəricisidir. Hesab edirəm ki, 2015-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı ciddi böhranla üz-üzə qalıb. Vergi orqanları sahibkarların qapısını kəsdirib, əlavə vergi tələb edirlər. Amma belə müvəqqəti tədbirlər davamlı iqtisadi artıma gətirə bilməz”.

Z.İsmayılın sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında həm inatitusional, həm maliyyə, həm də real sektorun böhranı var: “Bütün bunlar iş yerlərinin ixtisarı, manatın dəyərini itirməsi, daşınmaz əmlak bazarında likvidliyin kəskin azalmasında və sairdə özünü göstərir. Çox təəssüf ki, anti-böhran proqramı ortaya qoyub islahatlara başlamaq əvəzinə Azərbaycan hakimiyyəti ötən illərdə uydurduğu şirin nağılların təsiri altından çıxa bilmir”.

İqtisadçı Rövşən Ağayev isə amerikalı iqtisadçı, Nobelçi Stiqlitsin “ÜDM-in ən böyük qüsuru odur ki, o heç vaxt iqtisadiyyatda keyfiyyəti ölçə bilmir” deyimini xatırladıb: “Azərbaycan hakimiyyəti neft pullarının gəldiyi vaxt analoqu olmayan inkişaf, ÜDM artımı barədə çox danışırdılar. Hökumətin özünü müdafiə etməsi təbiidir, çünki baş verən iqtisadi proseslər mənfi təsirlərini artıq göstərib. Normal hökumət olsaydı, bir çox məsələlərə tənqidi yanaşıb problemləri gündəmə gətirərdi. Ancaq Azərbaycan hökuməti uzun müddətdir yalnız pozitiv tərəflərə üstünlük verir. Bu yanaşma siyasi olduğundan siyasətçilər şərh etsə, daha yaxşı olar. Mən iqtisadiçı kimi deyə bilərəm ki, ilin birinci rübü əvvəlki 10 ildən fərqlənən qeyri-ənənəvi dövr oldu. Birinci əlamət neftin qiymətinin kəskin düşməsi ixrac gəlirlərinin artım tempini ən aşağı səviyyəyə saldı. Çox təəssüf ki, hökumət məlumatları açıqlamır, amma Neft Fondunun gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 2 dəfə azalıb. Dövlət büdcəsinə yanvar-fevral aylarında vergi daxilolmalarında 200 milyon manata qədər azalma var. Ən ciddi məsələlərdən biri tədiyyə balansının göstəricisidir. Fevralın nəticəsinə görə, ilk dəfə olaraq 2007-ci ildən sonra Azərbaycanın xarici ticarət balansında mənfi saldo yarandı. Yəni “neftin qiymətinin düşməsi Azərbaycanın dinamik inkişafına təsir göstərməyib” söyləməklə deyil, neftin qiymətinin düşməsi idxalın ixracı üstələməsilə nəticələndi. Yaxud son illərdə ilk dəfə olaraq yanvar və fevral aylarında idxalın çox kəskin artımı baş verməsi mənfi qiymətləndirilməlidir. İkinci çox ciddi məsələlərdən biri: milli valyutamız son 15 ildə məhz bu il kəskin qiymətdən düşdü. Belə olanda necə demək olar ki, neftin qiymətinin düşməsi iqtisadiyyata təsir etməyib?!”

Rövşən Ağayev 21 fevral devalvasiyasından sonra bank sektorunun çox ağır duruma düşdüyünü xatırladıb: “Xüsusən də xaricdən resurs cəlb edən bankları, nəticədə bankların valyuta mövqeyi əhəmiyyətli dərəcədə pisləşdi. Çünki əhali kütləvi şəkildə depozitlərini dollara çevirdi. Nəzərə alın ki, bankların öhdəlikləri dollarlaşır, aktivləri manat şəklində qalır. Bu da yaxın perspektivdə banklar üçün ciddi problemlər vəd edir”.

30 min yeni iş yerinin açılmasına gəlincə, iqtisadçı deyir ki, bu, özünü fiziki şəxslərin gəlir vergisində göstərməlidir.

Amma dövlət büdcəsinin gəlir vergisinin 75 faizini büdcə təşkilatlarında və neft sektorunda çalışanlar ödəyir. Belə çıxır ki, özəl sektor vergi ödəmir: “ Yaxud minlərlə iş yeri açılıbsa, Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı kəskin şəkildə artmalı, onların sosial sığortayla əhatə səviyyəsi yüksəlməliydi. Nəhayət, qiymətlərin sabit qalması haqqında deyilənlərlə razılaşmıram. Hökumətin inzitabi tədbirlərinə baxmayaraq, müxtəlif məhsulların, xüsusən meyvə-tərəvəzin qiymətlərində ciddi artım var. Bir müddət sonra qiymətlərin artımının daha aydın şahidi olacağıq”.

Ana səhifəXəbərlər“30 min iş yeri özünü fiziki şəxslərin gəlir vergisində göstərməlidir”