30 aprel ADNA terrorunun ildönümüdür

Terror hadisəsi zamanı 12 nəfər öldürülüb

Source:


Terror hadisəsi zamanı 12 nəfər öldürülüb

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ANSU) törədilmiş terrordan 7 il ötür. 2009-cu ilin 30 aprel tarixində səhər tezdən Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunda 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu “Makarov” tipli tapançayla 25 nəfəri hədəfə alıb. Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12-si dünyasını dəyişdi.

Terror nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz, Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla, Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa, tələbələrdən Məmmədov Taleh, Bəndəliyev Yusif, Bağırov Ayaz, Cabbarov Savalan, Abdullayev Emin, Babaşov Ruslan, Aslanov Ceyhun və universitetə süd məhsulları gətirən Qurbanova Ayna öldürülüb.

İstintaq zamanı hadisəni törədən Fərda Qədirovun özünü öldürməsi ilə əlaqədar onun barəsində cinayət işinin materiallarına xitam verilib.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub.

 Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2011-ci il 10 avqust tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası adlanıb.

Ana səhifəXəbərlər30 aprel ADNA terrorunun ildönümüdür