3 yaşlı Arzu Qurbanlının ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı

Uşağın atası Sənan Qurbanlı: ”Prokurorluq mənə ekspertiza rəyinin hazır olmadığını bildirdi”

Source:
Sənan Qurbanlı və Arzu Qurbanlı
Sənan Qurbanlı və Arzu Qurbanlı
Sənan Qurbanlı və Arzu Qurbanlı
Sənan Qurbanlı və Arzu Qurbanlı


Uşağın atası Sənan Qurbanlı: ”Prokurorluq mənə ekspertiza rəyinin hazır olmadığını bildirdi”

Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 3 yaşlı Arzu Qurbanlının aspirasiya, mədə möhdəviyyatı səbəbindən vəfat etdiyini açıqlayıb.

Qurumdan APA-ya verilən məlumata görə, damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan qusma olub, nəticədə qusuntu kütlələri udulub:”Qusma zamanı kütlələr uşağın tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib. Meyitin ekspertizası zamanı onun traxeya və bronxları qusuntu kütləsi, mədə möhdəviyyatı ilə dolu olub. Körpə bunun nəticəsində vəfat edib”.

“Bu proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhdəviyyatı ilə dolmuş olub”, – deyə Birlikdən bildirilib.

Uşağın atası Sənan Qurbanlı Meydan Tv-yə bildirib ki, ekspertizanın rəyinin açıqlanması barədə xəbər doğru deyil: “Mən də bu barədə məlumatı oxuyandan sonra Sumqayıt şəhər Prokurorluğunda oldum, artıq ehtiyatsızlıqdan adam öldürmə maddəsilə cinayət işi açılıb və işi müstəntiq Əflatun Hüseynov aparır. Prokurorluqdan mənə ekspertizanın rəyinin hələ çıxmadığını, çıxan kimi təqdim edəcəklərini söylədilər. Müstəntiq onu da dedi ki, şəhər prokuroru Sərdar İmanov bu məsələyə şəxsən özü nəzarət edir, bilmirəm, bəlkə məni sakitləşdirir, ancaq mənimlə səmimi danışdılar”.

3 yaşlı A. Qurbanlı iyunun 30-da Sumqayıtda “Real” Tibb Mərkəzində burun-boğaz əməliyyatı olunub. A. Qurbanlı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.

Ana səhifəXəbərlər3 yaşlı Arzu Qurbanlının ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı