“3 uşağımın yeməyini və geyimini çatdıra bilmirəm”

Kirayədə yaşayan 3 uşaq anası şəraitsizlikdən şikayətçidir. Gizli qəhrəmanımız deyir ki, övladları yetkinlik yaşındadır və onlar məktəbdə müəllimləri, sinif yoldaşları və valideynlərdən utanmasınlar deyə üzünü göstərə bilmir. Xanımın sözlərinə görə, uşaqların atasından aliment, dövlətdən isə heç bir yardım ala bilmir. Şirniyyat mağazasında işləyir, karantinlə bağlı işlər zəifləyib, aldığı maaş uşaqlara, evin kirayəsinə və ərzaq məhsullarına yetmir. 190 manat üçün müraciət etsə də, aktiv kartı olduğu üçün ona imtina cavabı gəlib. Əlacsız qalan xanım vətəndaşlara müraciət edir.

Ana səhifəVideo“3 uşağımın yeməyini və geyimini çatdıra bilmirəm”