3 saylı Klinik Xəstəxanaya heç kimi buraxmırlar

Yaralılardan birinin dünyasını dəyişdiyi bildirilir

Source:

Yaralılardan birinin dünyasını dəyişdiyi bildirilir

Hüquq-mühafizə orqanlarının Nardaranda keçirdikləri əməliyyat zamanı yaralananlar Sabunçuda yerləşən 3 saylı Klinik Xəstəxanaya gətiriliblər. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, hazırda xəstəxananın qapıları qapadılıb. Nəinki yaralıların, digər xəstələrin də yaxınları içəri buraxılmır.

Bayırda toplaşan kənd sakinlərinin verdiyi məlumata görə, xəstəxanaya çatdırılan yaralılardan biri də dünyasını dəyişib. Lakin onun kimliyi hələ bəlli deyil.

Ana səhifəXəbərlər3 saylı Klinik Xəstəxanaya heç kimi buraxmırlar