3 nəfər yol qəzasında öldü

Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar

Source:
foto APA
foto APA

Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar

Hacıqabul rayonunda iyulun 31-də 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük avtomobilinə arxadan çırpılıb.

Nəticədə BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.

1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.


APA

yazır ki, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar.

Onların hamısının yaxın qohum olduğu bildirilir.

Bu qəza

iyul

ayında ölümlə nəticələnən dördüncü hadisə sayılır.

Ana səhifəXəbərlər3 nəfər yol qəzasında öldü