“3 faizlik güzəşt dollarla kredit götürənlərin “dərdinə çarə” deyil”

“Mərkəzi Bank sədrinin müraciəti götürülən kreditlərin faiz dərəcələrinə ciddi təsir etmədi”

Source:


“Mərkəzi Bank sədrinin müraciəti götürülən kreditlərin faiz dərəcələrinə ciddi təsir etmədi”

“Mərkəzi Bank sədrinin dollar ilə götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir.  Çünki bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borclulaların “dərdinə çarə” deyil”, – bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov öz facebook səhifəsində yazıb.

Ekspert bildirir ki, təbii dollarla götürülən kreditlər ilə bağlı istənilən addım hər iki tərəfin- bankların və müştərilərin- maraqlarına uyğun olmalıdır. Çox sadə misal: manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş aylıq 135 manat artıq vəsait ödəməlidir:

“Bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq banklarda öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar. İndiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır. Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə mənfi təsir göstərməyəcək”.

Vüqar Bayramov onu da deyir ki, Mərkəzi Bank sədrinin xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrini aşağı salmadı. Dollar ilə götürülən kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac var:

1. Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyyə məktubu göndərməlidir;

2. Həmin məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyyə olunduğu bildirilməlidir;

3. Tövsiyyə məktubunda kreditlər üzrə tövsiyyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. (Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. İstehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit üzrə 9.3 faiz güşət tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər”.

Ekspert Mərkəzi Bankın göndərəcəyi tövsiyə məktubunun problemi xeyli yumşaldacağına inanır: ” Bununla dollarla götürülən kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlması mümkündür”.

Ana səhifəXəbərlər“3 faizlik güzəşt dollarla kredit götürənlərin “dərdinə çarə” deyil”